Interfanklubunun üzvlərinin Tiflisdə olarkən İnterin keçmiş üzvü David Odikadzedən müsahibə alıblar.Müsahibəni təqdim edirik.
- "Dinamo” Avroliqanın ilk təsnifat mərhələsinin oyununda 2:0 qələbə qazandı.Komandan üçün oyun necə keçdi?
- Oyun normal alındı.İlk dəqiqələrdən rəqib təşşəbbüsü ələ alsa da
komandamız toparlanıb erkən qol vurdu.Bundan sonra axıra qədər mübarizə
aparıb qarşılaşmanın sonunda daha bir dəfə fərqlənib üstünlüyümüzü
möhkəmlətdik.
- Səncə 2:0 hesablı qələbə mərhələ adlamaq üçün yetərlidir?
- Mən belə deməzdim.Hələ bizi cavab qarşılaşması gözləyir.Komanda
işinin 50% görüb.Buna görə də arxayınlaşmaq olmaz və cavab
qarşılaşmasında layiqli mübarizə aparıb qələbə qazanmalıyıq.
- Biz səni yarımmüdafiəçi kimi tanımışıq.Amma bu oyunda müdafiənin sağında yer almışdın...
- "Dinamo”nun baş məşqçisi çox təcrübəlidir.O,bizi 4-3-3 taktiki sxem
ilə meydana çıxardır.Mən isə futbolçuyam,baş məşqçi harada desə orada
oynamalıyam.
- David indi isə qayıdaq ötən günlərə.”İnter”dən niyə ayrıldın?
- Çempionatın sonunda mənim də klubla olan müqaviləmin vaxtı bitdi.Ailəmdə problemlərim olduğu üçün "İnter”dən ayrılmalı oldum.
- "İnter”də keçirtduyun illəri necə xatırlayırsan?
- "İnter” komandasında unudulmaz iki mövsüm keçirtdim.İki ildə Kaxaber
Sxadadzenin rəhbərliyi altında çempion və Birlik Kubokunun qalibi
oldum.Bu komandanın çox gözəl kollektivi var.Belə bir komandadan
ayrıldığım üçün təəssüflənirəm.
- "İnter” komandasının azarkeşləri də sənin gedişinə çox üzüldülər...
- Bu gün stadionda "İnter” komandasının azarkeşləri də var idi.Uzun yol
qət edib məni dəstəkləmək üçün gəldikləri üçün onların qabağında baş
əyirəm,çox sağ olsunlar.Ümumiyyətlə bütün "İnter” azarkeşlərinə
minnətdaram.Komandadan ayrılmağıma baxmayaraq daim mənə zəng edib
dəstəkləyirlər.
- Demək istədiyin başqa bir sözün var?
- Mən fürsətdən istifadə edib "İnter”də olduğum iki il müddətində
üzərimdə əməyi olan başda Kaxaber Sxadadze olmaqla məşqçilər korpusuna
təşşəkkürümü bildirmək istəyirəm.Gələn mövsüm uğurlu olmasını
arzulayıram. Mənbə:interfan.az
|