"İnter”in braziliyalı müdafiəçisi Danildo Assioli saytımıza müsahibəsində "Qəbələ” ilə bağlı oyun haqqında fikirlərini bildirdi.
-Bu oyun bizim üçün çox vacibdir. Biz yaxşı surət götürmüşük, iki lideri məğlub edərək mövqelərimizi gücləndirmişik. İndi bizə bu üstünlüyü qorumaq və "Xəzər-Lənkəran”ı çox da irəliyə buraxmamaq lazımdır. Bizi çox çətin oyun gözləyir və "Qəbələ”ni məğlub etmək üçün maksimum çalışmalıyıq.
-Çox güman ki, "Qəbələ”nin tipik ingilis futbolu sərgiləyən oyun tərzilə tanışsan...
-Bəli, biz rəqibin oyununu diqqətlə öyrənmişik. "Qəbələ” uzun ötürmələrlə oynamağı xoşlayır, onlar standart vəziyyətləri təhlükəli yerinə yetirirlər, xüsusilə də aut atışları uğurlu alınır. Buna görə də, bütün oyun ərzində diqqqətli olmalıyıq.
-Bundan başqa, bu matçı iki məşqçi-Kaxaber Tsxadadze ilə Toni Adamsın qarşılaşması da adlandırmaq olar...
-Bəli, fikrimcə, hər ikisi Azərbaycanda fəaliyyət göstərən ən yüksək səviyyəli məşqçilərdəndir. Düşünürəm ki, hər iki məşqçi diqqətlə bir-birilərini öyrəniblər. Zənnimcə, bu qarşılaşmanın qalibi daha az səhv buraxan tərəf olacaq.
-Matçla bağlı proqnoz verə bilərsən?
-Biz meydana yalnız qələbə üçün çıxacağıq-bunu bizdən turnir cədvəli tələb edir. "İnter” bu oyuna yaxşı hazırlaşıb, bizə isə düşünənləri həyata keçirmək və baş məşqçinin tapşırıqlarını düzgün şəkildə yerinə yetirmək lazımdır.
|