İnter”in gənc yarımmüdafiəçisi Daniel Genov "Qəbələ” ilə matçla bağlı fikirlərini açıqladı, öz üzərində çox işləməyin lazım olduğunu qeyd etdi və "Birlik Kuboku” məsələsinə də toxundu.
-Daniel,qarşıdan "Qəbələ” ilə matç gəlir. Bu komanda barəsində nə deyə bilərsən?
-"Qəbələ” yüksək səviyyəli futbolçulardan təşkil olunmuş yaxşı komandadır. Bundan başqa, komandanı məşhur şəxs Toni Adams məşq etdirir-bu da kiçik faktor deyil. Bizi mürəkkəb oyun gözləyir. Qalib gəlmək üçün çox çalışmaq lazım gələcək.
-Sən hələ çox gəncsən. Belə yaşda öz üzərində çox işləmisən.
-Bəli, bilirəm. Mən əsas komandayla, həmçinin əvəzedici heyətlə də məşq edirəm. Belə yaşda öz üzərində çox işləmək lazımdır. İrəliləyişə nail olmaq, təkmilləşmək lazımdır. Yalnız bu yolla, böyük zəhmət hesabına nəyəsə nail olmaq mümkündür.
-"Birlik Kuboku”nun keçiriləcəyi yer müəyyənləşdi. Turnir Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək və "İnter” də həmin turnirdə iştirak edəcək...
-Bəli, bu turnir haqqında kifayət qədər məlumat var. Düşünürəm ki, bu turnir mövsümün ikinci dövrəsinə hazırlaşmağımızda böyük rol oynayacaq. Ən yaxşı kondisiyalarımızı itirməyimizə imkan verməyəcək.
-Bəs, bu turnirdə "Inter”in perspektivi haqqında nə deyə bilərsən?
-Ancaq qələbəyə oynayacağıq. Düşünürəm ki, biz turnirin əsas favoritlərindən biriyik. Əlbəttə, orada güclü rəqabət olacaq, ona görə ki, turnir yüksək səviyyəli komandalardan-ölkə çempionlarından təşkil olunacaq. Bununla belə, düşünürəm ki, uğur qazanmaq üçün gücümüz çatar.
Mənbə: İnter.az
|