-Dmitri, qarşılaşma haqqında təəssüratlarını bizimlə bölüşərdin.
-Çox çətin, gərgin oyun oldu. Uşaqlar çox çalışdılar və layiqli qələbə qazandılar. "AZAL” ilə böyük hesablı məğlubiyyətdən sonra qalib gəlməyi və azarkeşlərin gözündə bəraət qazanmağı çox istəyirdik.
-Belə çıxır, "AZAL” ilə uğursuz oyun nədəsə kömək oldu? Daha yaxşı köklənməyə kömək etdi?
-Belə deməzdim. Biz hər bir oyuna son döyüş kimi maksimum dərəcədə köklənirik. "AZAL” ilə oyunda baş verənlər-daha çox təsadüfdür, nəinki qanunauyğunluq. "Bakı” komandasıyla qarşılaşmada da biz bunu sübut etmək üçün əlimizdən gələni etdik.
-Bu qələbə "İnter”i üçüncü yerə çıxardı.
-Bəli, bu yaxşıdır. İrəliyə doğru addımlayacağıq, daha yüksəyə qalxmağa nail olacağımıza ümid edirəm.
-Birinci hissədə zədə aldın, amma oyunu davam etdirməyi bacardın. Həmin epizodda nə baş verdi?
-Çıxışda oynayan zaman baldırla pəncəni birləşdirən hissədə zədə aldım. Ağrı hiss etdim, amma oyunu davam etdirməyi bacardım.
inter.az