Azərbaycan milli komandasının futbolçusu Aleksandr Çertoqanov üçün Avro-2012-nin seçmə mərhələsində bugünkü rəqibimiz Qazaxıstan yığması çox yaxşı tanışdır. 31 yaşlı milliləşdirilən ukraynalı yarımmüdafiəçi millimizin hazırkı heyətində qazaxlarla hər 2 rəsmi oyunu əvəzedilmədən keçirən yeganə futbolçumuzdur. 1:1 hesablı bərabərliklə nəticələnən matçlarda 90 dəqiqə meydanda olan Çertoanov yenə oynamaq imkanına malikdir. Fərq ondadır ki, həmin vaxtlar Aleksandr "Neftçi”nin, indi "İnter”in futbolçusu kimi meydana çıxacaq.
|