«Caspian Ultras» fan qrupunun bəyanatı.Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində keçirilən «İnter» – «Bakı» oyununda baş verən növbəti və illər boyu ardı kəsilməyən sifarişli hakimlik Azərbaycan idmanını murdarlayır ! Qeyd edək ki, AFFA hakimi öz dırnaqarası işini yerinə yetirərkən əsəbləri tarıma çəkilən qolkiper Lomayanın etdiyi geyri etik jesti pisləyirik ve ondan Azərbaycan xalqından üzr istəməsini tələb edirik. Eyni zamanda yada salmaq istəyirik ki, "Bakı” klubunun çox sevdiyi Afrikalı legioneri Sisoko 2006-ci ildə Lənkəranda 15- minə yaxın Azərbaycan xalqınının nümayənədsinə etdiyi qeyri etik jestə görə, 2008-ci ildə həmin qəhrəman Sissokonun Azərbaycan polisinə tüpürməsinə görə, 2010-cu ildə başqa bir legioner Boretsin etdiyi hərəkətə görə "Bakı” rəhbərliyi onları Azərbaycandan qovmamışdır ?! ”İnter” Klubu da "Xəzər Lənkəran” kimi təyziq altında fəaliyyət göstərir. «İnter» klubunun fanatları bilsinlər ki, onlar yalniz deyillər. Azərbaycan futbolunda böyük işlər görən kluba və onun fanatlarına "Caspian Ultras” fan qrupu olaraq dəstək olduğumuzu bildiririk. AFFA-nın illər boyu davam edən iki kluba məhəbbəti ("Bakı” və "Neftçi”), əvəzində də AFFA və PFL-in təzyiqləri altında fəaliyyət göstərən klublara olan nifrətdən bezmişik artıq !
«Caspian Ultras» fan qrupunun idarə heyəti.
|