İlk öncə dünən saytımızda yer alan İnterin baş məşqçisi Kaxaber T müsahibəsindən bir hissəni sizin nəzərinizə çatdırmaq istərdik.
Kaxaber Tsxadadze:
"Lakin oyunsonrası mətbuat konfrasında dedim ki, "Xəzər-Lənkəran”ın ən yaxşı, ən ədalətli və ən coşqun azarkeşləri var. Lənkəranda tribunları dolmuş meydançada oynamaq həmişə zövq verir. Ümid edirəm ki, onlar məsələni düşgün anlayacaqlar və həmin epizodu obyektiv qiymətləndirəcəklər. Əgər onlar hesab edirlər ki, mən doğru deyiləm, o zaman, ola bilsin ki, üzr istəyə bilərəm. Lakin mən düşünmürəm ki, onları təhqir etmişəm. Axı, biz hamımız-futbolçular və məşqçilər azarkeşlər üçün oynayır və qələbə qazanırıq. Bu oyundur, bu futboldur-bütün bunlar onlar üçündür. Əgər onlara nəsə xoş gəlməyibsə, onların bunu demək hüquqları var. Yeganə xahişim budur ki, vəziyyəti dəqiq araşdırsınlar və orada həqiqətən də nə baş verdiyini öyrənsinlər."
Bunu sitat gətirməkdə məqsədimiz nədir?Dünən Xəzər Lənkaranın fan klublarından biri olan "Fırtına"Fan Klubu öz veb saytında bir məqalə yerləşdirmişdir.Məqalə belə başlıq altında yer alıb "Kakha, are you OK ?" İngilis dilində bir az anlayışı olab başa düşərki bu nə deməkdir.Məqalədə deyilir ki guya Kaxaber T Xəzər Lənkaranın baş məşqçisini təhqir etmiş ona nəlayiq söz demişdir və buna görədə Tsxadadze "Fırtına"çılardan üzr istəməlidir və bu gün isə bir neçə idman portallarında Tsxadadzenin müsahibəsinə şərh yazan Xəzər azarkeşləri daha da uzağa gedib "O nəyinki bizdən Lənkaran klubundan lənkaran cammatından hər kəsdən üzr istəməlidir"
İndi isə bütün bunlara "Aglı-Göylü" fan portalı olaraq bu məqaləyə və "Fırtına" fan klubuna bir cavab vermək istəyirik.
Deyirsiniz ki üzr istəməlidir? niyə nəyə görə! Aranızdan bir dənə "fırtınaçı" gəlsin desin ki bəli mən öz qulağımla bu sözü eşidmişəm Həmən günü bu saytı biz bağlayıb hər şeyə son qoyarıq.Sizlərə bir şeyi çatdırmaq istəyirik.Səhf eləmiriksə oyun günü Fırtınaçılar məşçi və ehtiyat oyunçular üçün nəzərdə tutulmuş ərazinin qaşı tərəfində oturmuşdur.Stadionda isə ağız deyəni qulaq eşidmirdi heç yanımdakı məndən alışqan istəyəndə əllə məni çağırırdı bəs necə olur ki bu səs küydə və bu uzaqlıqdan fırtınaçı bu söyüşü eşidib.Güldürməyin bizi cənablar ayıbdır.
İkincisi Kaxaber siz azarkeşləri təhqir edib?Yuxarıda sitat gətirmişik oxuyun sonra deyin ki necədir?Hansısa bir azarkeşi təhqir edibsə onda siz haqlısınız.Bəlkə azarkeş Ridinqin tərəfindədir?Yaxşı deyin görüm nə zamandan fırtınaçı baş məşqçinin tərəfində durur? Hə? Siz deyildiniz keçən il Bakı ilə oyunda Agasəlim Mircavadovun ünvanına "Jarqon söz lüğət"ində olmayan sözləri belə deyirdiniz yaş yuyub quru sərirdiniz nə tez unutdunuz bu anları hə?İndi isə məşqçi müdafiyəçisi çıxmısınız?Ayıbdır onsuzda bir gün gələcək elə həmən müdafiyəyə qalxdığınız bu məşqçini də söyüb yola salacaqsınız bax bunu yazdıq buraya.
Hörmətli Fırtınaçılar biz dünənki uşaq deyilik.Bu sifariş olunmuş bir şeydir.Necə olur ki ömür boyu fanatlar və fan klublardan bir şey yazmayan azerispor.com saytı sizin məqaləni isti isti heç 1 gün keçməmiş sayta yerləşdiri.Bu günləri də görəcəkdik mi Ay "Fırtına" Bu hərəkəti sizə yaraşdırmadıq.İndi babalı sizin boynunuza bilmirəm nə qədər AZN sizə ödənilib ki belə məqaləni yazasınız özüdə kimə "Duz çörək kəsdiyiniz bir klub və azarkeşlərinə qarşı" Hələ utanmadan bizdən istəyirsiniz ki biz də Kaxanı tənbeh edək? ƏSLA heç zaman "Duz çörəyi ayaxlayan bir fan klubla əl bir olmaq"
Sonda sözümüz sizin simanızda digər qruplaradır "azerisport.com" "derbi.az" və facebookda bir neçə səviyyəsizin təşkil etdiyi qruplaşmalara.
Bir atalar məsəli var "yaxşı ata həmişə qamçı vururlar" Nə qədərdə yazsanız və nə qədərdə tənqit etsəniz bu bizim üçün şərəfdir ki sizin veb portalların simasını bizlə bağlı xəbərlər bəzəyir.Xaricdən girəndə baxır ki "Görən Azərbaycanda başqa klub yoxdur ki ancaq İnter İnter İnter belə etdi İnter fanatı bunu etdi" bax bu bizə bəsdir.Qoy sizin gözünüzdə biz elə beləcə görsənək amma bir İnter azarkeşi üçün Ağ Göy rəngi daşımaq şərəfdir.İndiyə kimi də bir kəsə nə artıq əskik söz demişik nə də hərəkət etmişik.Bütün bunların tək bir səbəbi var "Bu həna başqa hənadandır" və ya "Dava yorğan davasıdır"bizdə sizə sizin portalda 200*400 bir kiçik reklam versək İnanın hər gün bizi tərifliyəcəksiniz (Belə baxanda buna ehtiyac yoxdur onsuzda yazırsınız ANTİ olsada)
Sonda sözümüz "Fırtına" Fan klubunadır.Heç zaman ocağın üstünə yanar maddə ilə getməyin olmayan görülməyən eşidilməyən sözə görə "Qardaş"dediyiniz bir kəsə ləkə atmayın
KAXA SƏN TƏK DEYİLSƏN
ÇOX HEYİF Sizdən
Kaha is OKEY but i cant beliwe that you are brother or ....!
Yazar Fariz Xelili
|