Bu gün UniBank Premyer Liqanın 4-cü turunda iki Bakı klubu üz üzə gələcək.Biri keçən ilki çempion İnter digəri isə yenilənmiş Neftçi.Azərbaycan futbol sevərlərinin gözü məhs bu oyunda olacaq. Keçən il İnter Neftçini həm kubokda həm də çempionatda yenmişdir.Çox güman ki Neftçi bu oyuna "Revanş oyun "kimi baxacaq. Oyun öncəsi bir çox hadisələrlə yadda qalıb.İlk öncə İnterin baş məşqçisisiz meydana çıxacağı məlumdur.Baş məşqçinin 5 oyunluq cəza alması yetirmələrini meydana baş məşqçisiz çlxmağa vaadar edib.Onun əvəzinə isə Georgi Çixradze İnteri oyuna çıxacağı məlum olub. Bundan əlavə Neftçinin mətbuat katibi Elnur Əşrəfoğlunun İnterin oyunçusu A.Çertoqanovun ünavına dediyi təhqiramiz sözlərdə oyun öncəsi gərginliyi daha da artırıb.Neftçi bununla kifayətlənməyib üstəlik Fanatlarda oyun öncəsi söz atışmasına yol veriblər. Belə ki "Flaqman" prezidenti Ceyhun Bədəlzadə futbol plus qəzetinə verdiyi müsahibədə "Uzaq başı oyunda İnter Qaz deyə qışqıracağıq"deməsi İnter azarkeşlərinin səbr kasasını doldurub.İnter Fan Klubu mətbuatda buna cavab verməsədə oyun zamanı buna cavab verəcəyini bildirib. Gördüyünüz kimi bu oyun çox gərgin keçəcək.Hər halda kimin güclü olduğu saat 20:00 dan başlayaraq bilinəcək. Şəfa stadionu saat 20:00 İnter-Neftçi
|