"İnter”in müdafiəçisi Bronislav Çervenkanın müsahibəsi- Uzun müddətdi yaşadığın Azərbaycan haqda nə deyə bilərsən? - Azərbaycan fərqli mədəniyyətə malik ölkədi. Oradakı insanlar mərkəzi avropalılardan fərqli baxışlara malikdi. Bakı neft şəhəridi. Şəhərin əksər yerləri ürəkaçan mənzərələrlə, abidələrlə doludu. İnsanları isə çox mehriban, gülərüzdü. Amma əksər çexiyalılar orada qala bilməz. Çünki Azərbaycanda cəmiyyət və ailədə əsas rolda kişi olur. Restorana gedəndə orada ailəsi ilə birlikdə olan çox az adam olur. Adətən kişi və qadınlar belə yerlərdə qrup halında yığışır.
- Ailəni Azərbaycana aparmamısan. Bu müddətdə necə qalmısan? - Oğlum məktəbdə oxuyur, öz dostları var. Onun mühiti dəyişməsini istəmirəm.
- Özün Azərbaycan cəmiyyətinə uyğunlaşa bilmisən? - Mən bu haqda düşünmək istəmirəm. Yerli futbolçular dost olmaq istəmirlər. Onların öz dünyası var. Onları çaya dəvət edib saatlarla danışmaq olar. Azərbaycanlı olsaydım, münasibətlərimiz ayrı cür olardı.
- Maliyyə məsələsi necədi? - Çexiya klublarındakından daha çox qazanıram. Lakin bu o demək deyil ki, ailəmi ömrümün sonunadək təmin etmişəm. Sadəcə mən futbol oynamaq istəyirəm. Sonra isə iş haqda düşünürəm.
- Bakıda çox qalacaqsan? - Gözlənilməz bir hadisə baş verməsə bundan sonra 6 ay. Əslində hələ ötən yay vətənə qayıtmaq istəyirdim. Lakin baş məşqçimiz heyətdə gəncləşdirmə apara-apara təcrübəli futbolçu kimi məni saxlamaq istəyirdi. Buna görə də biz bir illik anlaşma əldə etdik. Lakin yayı Çexiyada keçirəndən sonra Azərbaycana qayıtmaq istəmirdim. İki dəfə Milad bayramında çempionat oyunumuz olub. Ailəmdən uzaqda qalmışam. Oğlum da getməyimi istəmirdi. Son 4 ildə ən çətin qərarımı verib yenidən "İnter”ə getdim.
- Vətənə qayıtsan "Zlin”də oynayacaqsan? - Ötən yay onlar xidmətimdə maraqlı idi. İndi necə olacağını bilmirəm. Fiziki və mənəvi cəhətdən buna hazıram. Saglamlığım imkan verənə qədər oynayacağam.
- Azərbaycan çempionaotının səviyyəsi necədi? - Çexiya çempionatı daha güclüdü. Lakin ilk 6 komanda burda oynaya bilər. Həmin komandalarda çox güclü futbolçular cəmləşib. Elə biz də avrokuboklarda yaxşı oynayırıq. Sonuncu dəfə bizi "Lex” penaltilərlə dayandırdı.
- Əsas heyətə düşməkdə çətinliyin olmur ki? - Müdafiəyə meylli 2 yarımmüdafiəçidən biri kimi oynayıram. Əgər saglamamsa heyətdəyəm. Mən klubda 2 ən köhnə oyunçudan biriyəm.
- Mövsüm bitəndə komandadan ayrılacağına münasibət necədi? - Məşqçimiz belə şeylərə fikir vermir. Əsas meydanda oyunumuzdu. Onsuz da orda əsasən 1 illik müqavilələr imzalanır.
- Baş məşqçiniz Kaxaber Tsxadadzeni necə dəyərləndirirsən? - O, futbol dəlisidi. Gecə-gündüz oyunların videoyazılarını izləyir, təhlillər aparır. Öz oyunumuzu 2 saat izləyir.
- Komandanızın azarkeşləri çoxdu? - O qədər də yox. Klubumuz nisbətən gəncdi. İddialı rəqiblə oynayanda 2 min azarkeş gəlir. Yalnız Lənkərandakı oyunlar diqqət çəkir. Ümumilikdə futbola maraq Çexiyadakı ilə müqayisəyə gəlmir.
fotbal.idnes.cz
|