"İnter"in bir müddətdi Leandro Roşa ilə danışıqlar apardığı barədə məlumat vermişdik. Lakin futbolçunun bank klubuna qayıdışında problem yaranmışdı. Belə ki, Braziliyada bir klubdan dəvət alan futbolçu vətənində qalmağa üstünlük vermişdi. Lakin ötən gün "bankirlər" xoş xəbər alıb. Fanat.az-ın əldə etdiyi məlumata görə, Roşa Braziliya klubu ilə anlaşmayıb və "İnter"ə qayıtmağa qərar verib. Kluba yaxın mənbədən Fanat.az-a daxil olan məlumata görə, braziliyalı futbolçu bu gün düşərgədə olacaq və rəsmi anlaşmaya imza atacaq. Transfer pəncərəsinin son günü olduğundan "bankirlər" Roşanın adını dərhal sifariş ərizəsinə salacaq.
|