Robertas Poşkusun gedişindən sonra hücumçu problemi ilə üzləşən "İnter"
axtarışlarını davam etdirir. Təlim-məşq toplanışı dövründə istədiyi ön
xətt oyunçusunu tapa bilməyən "bankirlər" problemi yerli bazarın
hesabına, daha doğrusu milliləşdirilmiş oyunçunun hesabına həll etmək
istəyir. "İnter" yenidən Branimir Subaşiçlə
danışıqlara başlayıb. Mövsüm başa çatandan sonra "Qəbələ"dən ayrılan
serb əsilli hücumçu "İnter"lə danışıqlar aparırdı. Hətta "İnter"in
prezidenti Georgi Nikolov da onunla maraqlandıqlarını bildirmişdi. Lakin
tərəflər maliyyə məsələlərində analaşa bilmədiyi üçün transfer baş
tutmamışdı. Məlumata görə, "İnter" yenidən Subaşiçlə danışıqlara
başlayıb və bu dəfə tərəflər bir-birinə güzəşt edib. Onun yaxın günlərdə
Bakıya gəlib müqavilə imzalaması gözlənilir. Mənbə:fanat.az