Azərbaycan yığma komandasının sabiq üzvü hücumçu Branimir Subaşiç çıxış etdiyi Qəbələ komandası ilə sezon sonu yollarını ayırıb.azerisport.az saytının yaydığı məlumata görə Branimir Subaşiç paytaxta üz tutub.Belə ki onun Bakının "İnter" komandasına keçəcəyi deyilir.Klub rəsmilərinin onunla razılığa gəldiyi və gələn ay müqavilə imzalanacağı deyilir.
"İnter"in prezidenti Georgi Nikolov Subaşiçlə maraqlandıqlarını təsdiq edib: "Bir klub etiraf edirəm ki, Subaşiçin "İnter"də oynamasının tərəfdarıyam. Ona komandamda görmək istəyirəm. Əlaqə saxlayanda hələ "Qəbələ" ilə tam üzülüşməmişdi. Bölgə təmsilçisindən ayrılıbsa, məsələyə yenidən qayıtmağa dəyər".
Branimir Subaşiç
Azərbaycan milli komandasının sabiq futbolçusu Branimir Subaşiç yenidən Bakının "İnter” klubuna üz tutub. Subaşiç apasport.az saytına açıqlamasında karyerasını ötən il çempion olan komandada davam etdirmək istədiyini bildirib. Ötən yay keçdiyi "Qəbələ” klubu ilə yollarını ayıran Subaşiç əyalətdə çıxış etmək fikrində deyil: "Qəbələ” ilə başa çatan müqaviləni uzatmadıq. Bundan sonra sərbəst futbolçu olmuşam. "İnter”lə danışığım olub. Mövsümün bitməsini gözləyirəm. Komandanın avrokuboklarda iştirakı mayın 24-də "Xəzər Lənkəran”la final oyunundan sonra bilinəcək. Azərbaycandan getmək istəmirəm. 2 variantım vardı, hər ikisi də Bakını təmsil edirdi. Ancaq bunlardan ən realı "İnter”dir. Digər komandanın adını açıqlamaq istəmirəm. Razılığa gəlsək, rəsmi müqavilə imzalayacağıq”.
|