"İnter” növbəti mövsümün hazırlıqlarını Sloveniyada davam etdirir. Azerisport.az xəbər verir ki, paytaxt klubu hazırda adı açıqlanmayan bir neçə futbolçunu da sınaqdan keçirməyə davam edir. Artıq onlardan birinin kimliyini öyrənə bilmişik. Əldə etdiyimiz bilgiyə görə bu, Bosniya və Herseqovinadan olan Nemanya Stepanoviçdi. 26 yaşlı yarımmüdafiəçi karyerası ərzində ancaq yerli klublarda çıxış edib. Bu mənada "İnter” onun karyerasında ilk əcnəbi klub olacaq. Təbii ki, sona kimi razılıq əldə olunsa. Qeyd edək ki, karyerasının böyük hissəsi "Zrinjski” ilə bağlı olan bu futbolçu ölkəsinin gənclərdən ibarət yığmasında da çıxış edib. Bu komandadakı debüt oyununda o, Ermənistan üzərində qələbəyə (3:2) sevinib.azerisport.az
|