Bolqarıstan Respublikasının Azərbaycanda olan Səfirliyinin nümayəndələri Petko Angelov və Lyuba Angelova "İnter" futbol klubunun azarkeşi olaraq daim ev və səfər oyunlarında komandaya dəstək olurlar.
İnterfanklubunun rəhbərliyi Petko Angelovun və Lyuba Angelovanın "İnter" futbol klubuna rəğbətini nəzərə alaraq hər ikisini fankluba üzv qəbul ediblər. İnterfanklubunun prezidenti Ruslan Muradov "İnter" və "Muğan" komandalarının qarşılaşmasından sonra Petko Angelov və Lyuba Angelova ilə görüşüb, onlara fanklubun üzvlük vəsiqələrini və "İnter" futbol klubunun bir dəst oyun maykasını təqdim edib.
|