Xəzər Lənkəran” komandası sentyabrın 28-də saat 17:30-da "Fırtınalar meydanı”nın yardımçı meydançasında "İnter”lə oyun öncəsi son ev məşqinə çıxdı. Mirça Rednik və köməkçisi Mihay Teja komandanı ağır səfər oyununa xüsusi taktiki düzülüşlərlə hazırlayırdı. Bu günki məşqdə əsasən müdafiəyə meyilli oyun və müdafiədən hücuma sürətli keçidlərin üzərində çalışmalar aparılırdı. Artıq 3-gündür ki, məşqlərə qatılmayan komandanın kapitanı Kamran Ağayev bu gün nəhayət ki, məşq zamanı baza-otelin qapısında göründü. Kamran axsayaraq yardımçı meydançaya tərəf gələrkən onu bu vəziyyətdə görən azarkeşlər narahatçılıq keçirdilər. Kapitanın "İnter”lə oyunda iştirak edib etməyəcəyi haqda məlumat əldə edə bilmədik. Məlumatı 12cioyuncu.info yayıb
|