Çempionlar Liqasının final oyununda nominal meydan sahibi müəyyənləşib.turnirin 2009-cu ildə qalibi olan "Barselona” "Mançester Yunayted”lə mayın 28-də Londonun "Uembli” stadionunda keçiriləcək görüşdə nominal meydan sahibi olacaq. Bununla bağlı İngiltərə paytaxtında keçirilən toplantıda qərar qəbul edilib. Nəticədə formanı seçmək hüququ qazanan "Barsa” ənənəvi geyimində meydana çıxacaq. İngilislər isə öz vətənlərində nominal qonaq olmaları ilə barışmalıdır. "Mançester Yunayted” oyun öncəsi məşqini Bakı vaxtilə saat 20:30-da, "Barsa” 22:00-da keçirəcək. Finalçılar Bakı vaxtilə saat 23:45-də başlayacaq oyuna hərəyə 25 min bilet alacaq.
Qeyd edək ki, Bakının "İnter” klubu və "Xəzər Lənkəran”ın iştirakı ilə mayın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan kubokunun finalında da nominal meydan sahibi bilinib. Ancaq bu, hər 2 komandanın nümayəndələrinin çəkdiyi püşklə müəyyənləşib və sonda seçim "İnter”in xeyrinə olub.
Apasport.az
|