Asif Məmmədov Gürcüstan toplanışı haqda danışdıTəxminən
bir həftə Gürcüstanda toplanış keçən "İnter" artıq öllkəyə dönüb.
Komandanın aparıcı üzvü Asif Məmmədov toplanış barədə Premyerliqa.az-a danışdı: "Toplanış normal keçdi. Gündə iki dəfə məşq edirdik.
İki yoxlama oyununda da qüvvəmizi sınaıdq. İlk oyunda "Dila"ya 2:0 hesabı ilə qalib gəlirdik. Amma üstünlüyü saxlaya bilmədik.
Hər
gün iki dəfə məşq etdiyimizdən, oyun çox çətin keçdi. Ona görə baş
məşqçi bir neçə dəyişiklik etdi. Məğlub olmağımıza baxmayaraq, baxımlı
futbol sərgilədik.
İkinci
matçda digər güclü klub - "Vit-Corciya" ilə üz-üzə gəldik. Onlarla da
yaxşı futbol oynadıq. Əsas odu ki, baş məşqçi oyunumuzdan razı qaldı".
Futbolçu bu toplanışın lap yerinə düşdüyünü dedi: "Bakı" ilə oyundakı söz-söhbətdən sonra komandada atmosfer yaxşı deyildi.
Ona
görə elə Gürcüstana yollanmağımız və toplanış lap yerinə düşdü. Yəni,
ən azından söz-söhbətdən uzaq olduq. Bakıda olsaydıq, hərə bir dəfə
"Bakı" ilə oyun barədə sual verib, əhval-ruhiyyəmizi korlayacaqdı.
Getməklə bu söz-söhbəti unuda bildik".
Məmmədov
Gürcüstan mətbautının "İnter"ə olan münasibətindən də danışdı:"Bizə
qarşı münasibət çox yaxşı idi. "İnter" deyən kimi hamı bizi tanıyırdı.
"Dinamo" və Gürcüstan millisinin oyunlarına da getdik, hamı bizə hörmət
edirdi. Stadiondakı atmosfer də əla idi. Ancaq mən belə qənaətə gəldim
ki, AEK və "Dinamo" kimi klublarla oynamaq olar.
Gürcüstan
millisinin Latviya ilə keçirdiyi oyunu da izlədik. Aleksandr Starkovun
komandası üstün deyildi. Gürcülər daha yaxşı çıxış etdilər. Sadəcə,
Latviyanın vurduğu bir zərbə qapıdan keçdi.
Bizim məşqlərimizə də maraq var idi. Bir-iki dəfə çəkiliş də oldu".
Qarşıdakı
turda "Simurq"u qəbul edəcək Asifin komandası qələbənin onlara hava-su
kimi vacib olduğunu bildirdi: "Biz qələbə üçün oynayacağıq. Rəqibi də
lazımınca qiymətləndiririk. Qazanılacaq qələbə komandadakı əhval-ruhiyyəni yüksəldəcək".