Главная » 2011 » May » 17 » Bakı “İnter”inin ilk baş məşqçisi mükafatlandırıldı
12:17
Bakı “İnter”inin ilk baş məşqçisi mükafatlandırıldı
Ukraynanın məşhur "Şaxtyor” klubunun 75 illik yubileyinə həsr olunan tədbirlər davam edir.Donetsk təmsilçisinin 95 üzvü müxtəlif dövlət qurumları tərəfindən fəxri ad və mükafatlarla təltif olunub. Fərqlənənlər arasında Azərbaycan futbolu ilə bağlılığı olanlar da var.
2004-05-ci illərdə Bakının "İnter” klubunu çalışdıran, komandanın yeni ad altındakı tarixinə ilk baş məşqçi kimi düşən Anatoli Konkov Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi adına layiq görülüb. Zaqatalanın "Simurq” klubu ilə Azərbaycan çempionatının bürünc mükafatını qazanan Mixail Starostyak isə tədbirin təşkilatçılarından təşəkkürnamə alıb.