Главная » 2011 » İyul » 9 » Bakı "İnter"ində yeni "qapıçı" (FOTO)
10:22
Bakı "İnter"ində yeni "qapıçı" (FOTO)
Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışını davam etdirən Bakının "İnter" klubu bu gün növbəti məşqlərini keçirib. Qol.Az-ın məlumatına görə, axşam məşqi maraqlı hadisə ilə yadda qalıb.
Yarımmüdafiəçi Petar Zlatinov özünü başqa ampluada sınamaq qərarına gəlib. Bolqarıstanlı futbolçu əlcək geyinərək qapıda durub. Bir neçə zərbəni məharətlə qaytaran Zlatinov komanda yoldaşlarının alqışlarını qazanıb.