Bakının "İnter” klubunun Türkiyənin Antalya vilayətinin Bələk mahalında keçirəcəyi təlim-məşq toplanışı zamanı qarşılaşacağı rəqiblər bəlli olub.yanvarın 3-də Bələkə yollanan komanda 3 yoldaşlıq oyunu keçirəcəyi planlaşdırılır. "İnter” yanvarın 7-də Fransanın "Pari Sen-Jermen” komandasının 2-ci heyəti, yanvarın 9-da Türkiyənin Bank Asya liqasında çıxış edən "Altay-İzmir” komandası və nəhayət, yanvarın 11-də Albaniyanın güclülər dəstəsində mübarizə aparan "Skenderbeu” ilə qarşılaşacaq.