"İnter”in hücumçusu Baçana Tsxadadze Gürcüstan mətbuatına müsahibə verib. Azerisport.az xəbər verir ki, o, müsahibəsində Avropa Liqasında Yunanıstan "Asteras”ı ilə ilk oyunlarında qeydə alınan heç-heçədən (3:0), eləcə də Çempionlar Liqasında "Neftçi”nin Gürcüstan çempionu "Zestafoni”ni darmadağın etməsindən danışıb. - "İnter” ilk təsnifat mərhələsində Estoniya klubunu asanlıqla mübarizədən kənarlaşdırsa da, yunanlarla evdə heç-heçəyə razılaşdı. Buna nə səbəb oldu? - İlk növbədə onu qeyd etmək lazımdı ki, "Asteras” səviyyə baxımından Estoniya "Trans”ından çox öndədi. Amma buna baxmayaraq, yunanları yenə biləcəyimizi düşünürəm. - Biz Bakıya gələrkən "Dalğa Arena”nın timaslında gözəl stadionun şahidi olduq. Həmçinin azarkeşlərin yaxşı dəstəyi də xüsusi vurğulana bilər. Bəs Azərbaycanın digər şəhərlərində vəziyyət nə yerdədi? - Azarkeşlər baxımından Azərbaycanda fərqlər çoxdu. Məsələn, Lənkərandakı atmosferə digər arenalarda rast gəlmək mümkün deyil. Lənkəranda bu şəhərin "Xəzər Lənkəran” klubuna qarşı oyuna çıxanda daim 15 000 azarkeşin gözü önündə mübarizə aparmalı olursan. Belə atmosferdə oynamaq inanılmaz təəssürat oyadır. Bizim də öz fan-klubumuz var. Onların sayı çox olmasa da, biz daim onların dəstəyini hiss edirik. - Bu yaxınlarda Azərbaycan və Gürcüstan çempionları arasında Çempionlar Liqasında ilk oyun baş tutdu və "Neftçi” 3:0 qalib gəldi. Siz, "Zestafoni”nin şansları barədə nə deyə bilərsiz? - Etiraf edim ki, belə nəticəni gözləmirdim. Amma matçın sonuna 20 dəqiqə qalmış hesab artıq 3:0 idi. Hesab edirəm ki, "Zestafoni”nin şansı hələ də var. Çünki bu komanda qol vurmağı bacarır. Lakin "Neftçi”ni də layiqli rəqib hesab edirəm. - Bu hesabı Azərbaycan və Gürcüstan çempionatları arasındakı real fərqin göstəricisi saymaq olar? - Azərbaycanda futbolu sevirlər və uğur qazamaq üçün əllərindən gələn hər şeyi edirlər. Hesab edirəm ki, bu 3:0 təkcə "Zestafoni” yox, həm də bütövlükdə Gürcüstan futbolu haqda düşünməyə məcbur edir. Hamı inkişaf edir, amma biz 10 ildi elə yerimizdə sayırıq. - Gürcüstandan təklif almamısız? - Düzünü deyim ki, heç bir konkret təklif almamışam. Amma bunun gələcəkdə baş verməsi istisna deyil. Futbolda hər şey mümkündü. Hazırda isə "İnter”də xoşbəxtəm. - Atanızın baş məşqçilik etdiyi komandada oynamaq necədi? - Bu sualı çox tez-tez verirlər. Hesab edirəm ki, bu, məni ikiqat məsuliyyətli olmağa məcbur edir. Mən bu komandada oynamağa layiq olduğumu isbatlamalıyam.
- Gürcüstan və Azərbaycanın AÇ-2020-yə ev sahibliyi etmək şansları barədə nə deyə bilərsiz? - Hesab edirəm ki, hər iki ölkə Avropa çempionatını keçirməyə layiqdilər. Bu ölkələrə şans vermək lazımdı. Avropa çempionatı Gürcüstan və Azərbaycanda futbol infrastrukturunun inkişafına güclü təkan ola bilər.
|