"Suonsi Siti"-"İnter" qarşılaşmasından sonra rəqib komandanın baş
məşqçisi Brendan Rocers yoldaşlıq matçı barədə fikirlərini bizimlə
bölüşməyə razılıq verdi:
"Bilirsiniz, biz bu il İngiltərə Premyer Liqasında çıxış etmək hüququnu
qazanmışıq və bu baxımdan burada belə rəqiblə yoldaşlıq matçı keçirmək
komanda üçün əhəmiyyət daşıyırdı. Oyun bizim üçün ağır oldu. "İnter"
yaxşı komanda olduğunu göstərdi. Mövqe seçməsi, mübarizə aparması,
sürətli düşünməsi və sürətli ötürmə etməsi sözlərimi təsdiqləyəcək
amillər kimi göstərmək olar. "İnter"ə növbəti mövsümdə uğurlar
arzulayıram".
|