Aprelin 30-da Unibank Premyer Liqanın XXIX turu çərçivəsində komandamız "Xəzər-Lənkəran"la qarşılaşacaq. "Şəfa" İdman və Sağlamlıq Mərkəzinin rəhbərliyi stadiona matçdan 1 saat öncə, yəni saat 17.00-da stadiona gəlməyi azarkeşlərdən xahiş edir.
Xatırladaq ki, qarşılaşma saat 18.00-da başlanacaq. Oyuna giriş pulludur və biletin qiyməti 1 manat təşkil edir.
|