Premyer Liqanın XXV turunda iki paytaxt klubu və turnir cədvəlidə qonşu sıralarda qərarlaşan komandalar AZAL və İnter saat 16:00 Şəfa stadionunda üz üzə gəldilər.Oyun İnterin hücumları ilə başladı.Lakin oyunun 45 ci dəqiqəsində Nuqzar Kvitiriya AZAL-ı hesabda irəli çıxardı.İkinci hissə də İnter hücumlarının sayını artırsada məğlubiyyətdən yaxa qurtara bilmədi.Məğlubiyyət nəticəsində İnter 4 cü yeri AZAL a təhfil verməli oldu.
Kaxaber Tsxadadze, "İnter" klubunun baş məşqçisi: "Bu gün yaxşı oyun göstərdik, amma qalib gələ bilmədik. Futbolda belə hallar da olur. Təəssüf ki, bu gün də yaratdığımız qol imkanlarından istifadə edə bilmədik. Bu mövsüm bununla çox rastlaşdıq. AZAL klubunu qələbə münasibəti ilə təbrik edirəm".
Nazim Süleymanov, AZAL klubunun baş məşqçisi: ""Altılıq" oyunlarında əsas 3 xal qazanmaqdır. Buna nail olduq, komandamı təbrik edirəm. Fikrimcə, yaxşı oyun göstərmədən uğur qazanmaq olmaz. Bəzi epizodlarda diqqətli olsaydıq, hesabı daha da artıra bilərdik. İkinci hissədə taktiki gedişə əl atdıq, müdafiəyə daha çox fikir verdik, ona görə də, üstünlük rəqibə keçdi. Komandamdan razı qaldım".
|