Premyer Liqanın VI turunda AZAL doğma meydanda "İnter"i qəbul edəcək."təyyarəçilər" meydana itkilərlə çıxacaq. Klubunun mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifovun verdiyi məlumata görə, komanda oyuna ciddi hazırlaşır: "Ötən tur səfərdə "Kəpəz"ə məğlub olsaq da, komandada əhval-ruhiyyə yaxşıdı. "İnter" üzərində qələbə qazanmaqla ötən turdakı məğlubiyyəti unutdurmağa çalışacağıq. Ötən mövsüm "İnter"i 5:0 hesabı ilə məğlub etmişdik. Usim Nduka, Aqil Nəbiyev və Robert Petrov kimi güclü futbolçularımız zədəlidi. Buna baxmayaraq, "İnter"lə oyunda yalnız qələbə haqqında fikirləşirik".
|