Hücum xəttində problemi olan «İnter» axtardığını tapıb. Bir sıra əcnəbi
klubların oyunçularını transfer siyahısına salan bank klubu ölkəmizdə
çıxış edən əcnəbini heyətinə qatıb. AZAL-ın oyunçusu Enyo Krastovçevi heyətinə qatıb. «Bankirlər»
artıq 27 yaşlı bolqar yarımmüdafiəçi ilə münasibətlərini rəsmiləşdirib. Qeyd
edək ki, Enyo Krastovçev bu ilin əvvəlində AZAL-a gəlib. O, bundan
əvvəl vətənində «Marek» (2002-2008, 82 oyun, 27 qol) və «Levski»
(2008-2010, 28 oyun, 11 qol) klublarında çıxış edib, 2009-cu ildə
Bolqarıstan çempionu olub.
|