AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası dünən növbəti rəsmi görüşünə çıxıb.Berti Foqtsun komandası bu dəfə doğma divarlar arasında qrup sonuncusu Qazaxıstanı qəbul edib. Səfərdə
baş tutan ilk görüşdə milli komandamız rəqibinə 1:2 hesabı ilə məğlub
olmuşdu. Sergey Qridin hesabı açsa da, çox keçmədən Vüqar Nadirov
tarazlığı bərpa etmişdi. Lakin Qridin daha bor qol vurmaqla komandasına
qələbə qazandırmışdı.
Belçika ilə 1:1-lik bərabarə qalan milli komandamız cavab görüşündə
qələbə qazanmaq niyyətindədir. Son oyununda güclü rəqibi ilə mübarizədə 1
xal qazanan millimizdən bu görüşdə hər kəs qələbə gözləyirdi ki, Berti
foqtsun komandası da bunu bacarıb.
Fasiləyə məğlub durumda
yollanan millimiz ikinci hissəyə möhtəşəm başlayıb. 12 dəqiqə ərzində 3
qol vuran komandamız seçmə mərhələdə ikinci qələbəsini qazanmaqla tarixi
ərzində bir ilkə imza atıb. Yığmamız ilk dəfə seçmə mərhələdə 7 xal
toplayıb ki, bu da qazaxlarla oyuna təsadüf edib."İnter" klubu və agligoylu.tk saytının kollektivi Milli komandamızı bu əzmkar qələbə münasibətilə təbrik edir və digər oyunlarda millimizə uğurlar arzulayır!
21:00. Azərbaycan – Qazaxıstan - 3:2
Qollar: Ostapenko,
20 (0:1), Rauf Əliyev, 54 (1:1), Mahir Şükürov, 62-pen (2:1), Vaqif
Cavadov, 68 (3:1), Kamran Ağayev, 78-avtoqol (3:2) Hakimlər: Anders Hermansen, Martin Vulf, Jakob Bille, Kenn Pii Hansen (hamısı Danimarka). Hakim-inspektor: Marinus Koopman (Hollandiya). UEFA nümayəndəsi: Velid İmamoviç (Bosniya və Herseqovina). Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
|