Bu gün Azərbaycan Kubokunun 1/16 final mərhələsinin oyunları keçirildi. "İnter” üçün "Anşad Petrol”-"Şuşa” qarşılaşması xüsusi maraq kəsb edirdi. Ona görə ki, bu cütün qalibi növbəti mərhələdə ölkə çempionu ilə qarşılaşmaq şərəfinə layiq olacaqdı. "Şuşa” daha güclü oldu və 2:0 hesabıyla qalib gəldi. Beləliklə, 1/8 final mərhələsində bu komanda "İnter”ə qarşı meydana çıxacaq. Qeyd edək ki, "Şuşa”-İnter” matçı dekabrın 7-si və ya 8-də baş tutacaq.
|