Millimizin sabiq üzvü və "İnter"in sabiq oyunçusunu komandasına apardı Emin Ağayev Azərbaycan çempionunu yanına aparıb.Rusiyanın II liqasında çıxış edən "Dağdizel" klubuna başçılıq edən millimizin sabiq üzvü Əliyar İsmayılovu komandasına transfer edib. Əliyar artıq yeni klubu ilə müqavilə bağlayıb. Qeyd edək ki, 35 yaşlı rusiyalı müdafiəçi ölkəmizdə 3 klubda çıxış edib. Belə ki, 2001-ci ildə Mahaçqala "Dinamo"suna yollanan Əliyar 2005-ci ildə "İnter"ə gələrək 5 il komandanın uğurları üçün çalışıb. O, 2008-ci ildə "İnter"lə Azərbaycan çempionu olub.
|