"Karyeramı bitirdikdən sonra bombardir olduğum Bakının "İnter” klubunda uşaqlarla birgə çalışıram. Burada işlərim qaydasında gedir. Bir şeyə təəssüflənirəm ki, futbolçu karyeramı istədiyim kimi başa vura bilmədim”.
Bu sözləri "futbol11.az” saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq üzvü Xaqani Məmmədov deyib. Ölkənin iddialı klublarının formasını geyinmiş forvard milli barədə də danışıb. O, düşünür ki, əsas komandada bu qədər legionerin forma geyinməsi qətiyyən yol verilməzdir: "Çünki onlar bayraq, millət qədrini bizim kimi bilməzlər. Mümkün deyil. Odur ki, nə qədər ki, legioner var, millinin günü həmişə belə olacaq”. agli-goylu.tk
|