Azərbaycan klubları Avropa Liqasının ilk mərhələsində zəif rəqiblərlə qarşılaşacaq.Turnirə qatılacaq hər üç klubumuz "səpələnmişlər” səbətində yer alacaq və rəqibəri "səpələnməmişlər” siyahısından seçiləcək.
Hazırda "Bakı”nın reytinq balı 3.241-ə, "İnter”in balı 2.491-ə, "Xəzər Lənkəran”ın balı isə 1.991-ə bərabərdi. Yalnız "Xəzər Lənkəran”ın hələ hansı səbətdə qərarlaşacağı tam olaraq bəlli deyil. Avropa Liqasına qatılacaq klubların reytinq sıralaması imkan versə, "Xəzər Lənkəran” da ilkin mərhələdə zəif rəqiblə qarşılaşmalı olacaq. Bu ehtimal kifayət qədər yüksəkdi.
|