Kruqlov Sloveniya ilə oyunda "fərqləndi" Paylaş
"İnter"in oyunçusu məğlub oldu
Fanat: "İnter"in futbolçusu Dmitri Kruqlov Bakıya məğlubiyyətlə dönür. Fanat.az xəbər verir ki, Kruqlovun forma geyindiyi Estoniya yığması AVRO-2012-nin seçmə mərhələsində Sloveniyaya yenilib. Oktyabrın 8-də səfərdə Serbiyanı yenməklə sensassiyaya imza atan estonlar bu dəfə meydanı 0:1 hesablı məğlubiyyətlə tərk edib. Matçın yeganə qoluna 66-cı dəqiqədə Andrey Sidorenkov imza atıb. Eston futbolçu öz komandasını məyus edib. Estoniya yığmasının baş məşqçisi Kruqlova start heyətində şans verib. 34-cü dəqiqədə sarı vərəqə alan "İnter"in üzvü matçı əvəzedilmədən keçirib. Məlumat üçün qeyd edək ki, "Neftçi"nin sabiq üzvü Taavi Rahn da meydana start heyətində çıxıb və 55-ci dəqiqədə əvəzlənib. Hələ də müqavilə ilə "Xəzər Lənkəran"a məxsus olan Tixxon Şişov isə qarşılaşmanı ehtiyat oyunçular skamiyasından izləyib.
"Neftçi" və "İnter"in oyunçuları Rusiyaya yenildi Paylaş
Mitreski 90, Despotovski 78, Georgievski 12 dəqiqə oynadı
Fanat: "Neftçi" və "İnter"in futbolçular AVRO-2012-nin seçmə mərhələsində məğlubiyyətlə üzləşib. Fanat.az xəbər verir ki, Premyer Liqda çıxış edən üç futbolçunun forma geyindiyi Makedoniya yığması evdə Rusiyaya boyun əyib - 0:1. Matçın yeganə qoluna 8-ci dəqiqədə Aleksandr Kerjakov imza atıb. Makedoniya yığmasının baş məşqçisi Mirsad Yonuz "Neftçi"nin üzvü İqor Mitreski və "İnter"in oyunçusu Filip Despotovskiyə start heyətində yer verib. Mitreski 90 dəqiqə mübarizə apardığı halda, Despotovski 78-ci dəqiqədə "Neftçi"nin başqa bir oyunçusu Slavko Georgievski tərəfindən əvəzlənib.
Rubins gürcülərin sevinməsinə imkan vermədi Paylaş
Karlsons bu dəfə 18-liyə düşmədi
Fanat: "Qarabağ"ın yarımmüdafiəçisi Andreys Rubins Bakıya bir xalla dönür. Fanat.az xəbər verir ki, Rubinsin forma geyindiyi Latviya yığması bu gecə AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Gürcüstanı qəbul edib və meydandan 1:1 hesablı bərabərliklə ayrılıb. Hesabı 74-cü dəqiqədə David Siradze açıb. Latviyalılar 90+1-ci dəqiqədə Aleksandrs Kaunanın qolu ilə barəbərliyi təmin edib. Latviya yığmasının baş məşqçisi Aleksandr Starkov yenə Rubinsə start heyətində yer verib. "Qarabağ"ın üzvü 90 dəqiqə meydanda qalıb. "İnter"in hücumçusu Girts Karlsons isə bu dəfə 18-liyə düşməyib.
|