Makedoniya "İnter"in futbolçusunun forma geyindiyi Makedoniya yığması AVRO-2012-nin seçmə mərhələsində qələbə qazanıb. makedoniyalılar səfərdə Andorranı məğlub edib. Oyun 2:0 hesabı ilə Makedoniya millisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 42-ci dəqiqədə İlko Naumoski açıb. 60-cı dəqiqədə Vanke Şikov matçın hesabını müəyyənləşdirib."İnter"in oyunçusu Filip Despotovskiyə start heyətində şans verib. Filip 90 dəqiqə əvəzlənmədən meydanda olub.
Estoniya "İnter"in oyunçusu Dmitri Kruqlov AVRO-2012-nin seçmə mərhələsində qələbə qazanıb. Kruqlovun forma geyindiyi Estoniya yığması səfərdə Serbiyanı yenib - 3:1. Hesabı 60-cı dəqiqədə meydan sahiblərindən Zdravko Kuzmanoviç açıb. Estonlar 63-cü dəqiqədə Tarmo Kinklə tarazlığı bərpa edib. 73-cü dəqiqədə Konstantin Vassilyev Estoniyanı hesabda önə keçirib. 90+1-ci dəqiqədə isə Aleksandr Lukoviç topu öz qapısına göndərərək, estonların 3:1 hesablı qələbəsinə yardımçı olub. Estoniya yığmasının baş məşqçisi Kruqlova start heyətində şans verib. "İnter"in oyunçusu matçı əvəzedilmədən keçirib.
Latviya "İnter" və "Neftçi"nin oyunçuları AVRO-2012-nin seçmə mərhələsində məğlubiyyətə üzülüb. Fanat.az xəbər verir ki, "İnter"in hücumçusu Robertas Poşkus və "Neftçi"nin qapıçısı Paulius Qribauskasın forma geyindiyi Litva millisi İspaniya yığmasına yenilib - 1:3. Hesabı 47-ci dəqiqədə Fernando Llorente açıb. İspan oyunçu 10 dəqiqə sonra dublunu rəsmiləşdirib. 54-cü dəqiqədə Darvidas Sernas fərqi minimuma endirsə də, 79-cu dəqiqədə rəqib qapısına yol tapan David Silva matçın yekun nəticəsini müəyyənləşdirib. Litva yığmasının baş məşqçisi Raimondas Jutautas Premyer Liqanın hər iki futbolçusunu ehtiyatda saxlayıb. Baş məşqçi Poşkusu 85-ci dəqiqədə Edqaras Kesnauskisin yerinə meydana buraxaraq, "İnter"in forvardına dünya çempionlarına qarşı oynamaq imkanı verib. "Neftçi"nin qapıçısı isə 90 dəqiqəni ehtiyat oyunçular skamiyasından izləməli olub.
|