Mövsüm
başa çatan kimi heyətdən bir neçə futbolçu ilə yollarını ayıran
"İnter", əsasən yerli bazarda aktiv oldu. Xarici futbolçulardan yalnız
müdafiəçi Peter Çrappanla müqavilə imzalandı. Yeni futbolçuların seçimində komandanın seleksiyaçı
məşqçilərinin də önəmi böyükdür.
İsmayılov,
öncə komandaya cəlb olunan yeni futbolçular haqda danışdı: "Komandaya
gələn futbolçunu öncə baxışdan keçirdirik. Yeni gələn futbolçu baxışdan
keçməmiş komandaya cəlb oluna bilməz. "İnter"ə dəvət etdiyimiz yerli
uşaqların hamısını da yaxşı tanıyırdıq. Onların nəyə qadir olduqlarını
çox yaxşı bilirik. Futbollarına da bələd idik. Gələnlərdən birinə də
təlim-məşq toplanışı zamanı sınaqdan keçirdik və bəyəndik”.
Zaur,
yeni gələn xarici futbolçu Petar Çrappan barədə isə bunları dedi:
"Fikrimcə Petar komandamızın oyununu gücləndirəcək. Vladimir Levin
zədələnəndən sonra bizə arxa xətt oyunçusu lazım idi. Hələ, Danildo
Assiolini də geri qaytardıq".
Ölkə
çempionatının ilk turunda Kaxaber Sxadadze meydançaya komandanın iki
yetirməsini buraxdı. Onlar da özlərini ən yaxşı tərəfdən göstərdilər.
Təsadüfi deyil ki, "İnter”ın qolu Asif Mirili və Elnur Abdulovun
paslaşmasından sonra vuruldu. İsmayılov, həmin futbolçular haqda xoş
sözlər söylədi: "Onlara baş məşqçi inanıb, əsas heyətə cəlb edib. Düzü
onlar da baş məşqçinin etimadığını doğrultdular. İndi həmin gənc
futbolçular qarşıdaki turlarda da ən azından ilk turdaki kimi
oynamalıdırlar. Öz üzərilərində daha çox işləyib, daha güclü olmağa
çalışmalıdırlar”.
Sloveniyadaki
təlim-məşq toplanışı zamanı baxışa futbolçular dəvət olunsa, da onlar
bəyənilməyərək geri göndərildi. Komandanın bu heyətlə çempionluq uğrunda
mübarizə aparmağa nə dərəcədə gücü çatacaq ya yox, Zaur İsmayılov bu
cür cavablandırdı: "Bəli, baxışda çoxlu oyunçular oldu. Amma onların heç
biri komandamızın oyun fəlsəfəsinə uyğun gəlmədi. Biz həqiqətən də
komandaya elə futbolçuları cəlb etməliyik ki, onlar komandaya xeyir
versinlər. Düzdür çətin olsa da, medallar uğrunda son anacan
vuruşacağıq. Hazırda axtarışdayıq. Ola bilsin ki, avqustun 31-nə kimi
yeni transferlərimiz həyata keçirdik”
Mənbə:premyerliqa.az