Azərbaycan futbolunun veteranı İsgəndər Cavadov "İnter”in UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Yunanıstanın "Asteras” klubuna qarşı keçirəcəyi cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Tripolisdə baş tutacaq qarşılaşma ilə bağlı bunları dilə gətirib: "İnter” cavab oyununa ilk növbədə psixoloji cəhətdən hazır olmalıdı. Əgər qələbəyə inanmırsansa, buna nail olmaq çətin məsələdi. "İnter” də uğur qazanacağına tam əmin olmalı, inanmalıdı. "Asteras” keçiləsi komandadı”. Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilən ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Cavab oyunu isə iyulun 26-da Tripolisdəki "Asteras Tripolis” stadionunda keçiriləcək və saat 22:00-da başlayacaq. Mənbə:agligoylu.tk
|