"Mən başla zərbə endirdim, qapıçı topu tutmağa çalışdı, lakin bunu bacarmadı və top qapı xəttini keçdi".Bu sözləri "Turan"la oyundan sonra "İnter"in futbolçusu Asif Mirili inter.az saytına verdiyi müsahibədə deyib. Qeyd edək ki, "İnter" - "Turan" oyunu məhz Asif Mirilinin 43-cü dəqiqədə vurduğu qol üzündən yarımçıq qalıb. Hakim topun qapı xəttini keçdiyini desə də, "Turan" bunun əksini israr edib və ikinci yarıda meydana çıxmayıb. Gənc futbolçu isə topun qapıdan keçdiyini bildirib: "Aydın görünürdü ki, top qapıçı kimi qapı xəttindən uzaqda idi. Bütün bunları yan xətt hakimi müşahidə edirdi və doğru olaraq qol olduğunu göstərdi. Bu qol qaydalara uyğun vurulmuşdu".
|