"İnter”in gənc yarımmüdafiəçisi Asif Mirili "Qarabağ”la oyun barədə fikirlərini açıqladı: "Biz bilirdik ki, çox çətin olacaq və oyun düşündüyümü yalnız təqdiqlədi. Belə isti havada oynamaq ağır idi. Düşünürəm ki, bərabər səviyyəli qarşılaşma baş tutdu. Hər iki komandanın şansları yarandı, lakin "Qarabağ” daha dəqiq oldu. Rəqib səhvimizdən istifadə edərək hesabı açdı. Oyunda bərabərlik qolunu vurmağa çalışdıq, lakin alınmadı. Əlbəttə, məğlub olmaq xoş deyil, ancaq digər tərəfdən bu məğlubiyyət bizə lazımi nəticələr çıxarmağa və növbəti oyunlarda belə səhvlər buraxmamağa kömək edəcək. Bacarığımı nümayiş etdirmək üçün mənə şans verdiyinə görə baş məşqçi Kaxaber Tsxadadzeyə təşəkkürümü bildirmək istəyirəm. Mən artıq 2 dəfə meydana çıxmışam və bu oyunlar mənim üçün qiymətli təcrübə oldu. Gələcəkdə daha yaxşı oyun sərgiləmək istəyirəm, ancaq bunun üçün üzərimdə çox işləmək lazımdır”.
inter.az
|