Yanvar ayından icarə əsasında İnterdə oynayan lakin müqaviləcə Xəzər Lənkarana məxsus olan Asif Məmmədov bankirlərin heyyətində özünü doğrulda bildi və bununa görədə bankirlər Asifi öz rənglərinə bağlamaq üçün çalışmalara başlamışdır.Artıq əminliklə demək olar ki Asif Məmmədov rəsmən İnterli oldu.Paytaxt təmsilçiləri 25 yaşlı yarımmüdafiyyəçi ilə bir illik müqavilə bağlayıblar. Bununla da bu sezon İnter ikinci azərbaycanlı futbolçunu sıralarına qatdı.