"İnter"in yarımmüdafiəçisi Asif Məmmədov "Turna" komandası ilə oyundan sonra qarşılaşma haqqında fikirlərini açıqlayıb: "Meydançanın pis vəziyyətdə olması oynamağa imkan vermirdi. "Turan"ın meydançası son vaxtlar gördüyüm ən pis ot örtüyünə malikdi. Top saxlamaq mümkün deyildi. Buna görə də çətinliklə üzləşdik.Qələbə qazanmaq istəyirdik, bunu da bacardıq. Əsas olan 3 xal idi. Ot örütüyü yaxşı olsaydı, hesab daha da fərqli olardı. "Turan" da öz növbəsində çox mübariz komandadı. Hiss olunurdu ki, nəsə etməyə çalışırdılar".
Premyerliqa.az
|