Gənc futbolçu "Xəzər Lənkəran"dan niyə ayrılır? Yayda "İnter"dən "Xəzər Lənkəran"a transfer olunan Asif Məmmədov geriyə qayıtmaq istəyir. 24 yaşlı yarımmüdafiəçi yenidən bank klubunda çıxış etmək niyyətindədi. "Xəzər Lənkəran"da heyətə düşməkdə çətinlik çəkən, baş məşqçi Mirça Rednikin əvəzedici gözü ilə baxdığı futbolçu bu səbəbdən komandanı tərk etmək niyyətindədi. Yerli oyunçu problemi ilə üzləşən "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze də Asifi yenidən sərəncamında görmək istəyir.
mənbə:fanat.az
|