Cari mövsüm "İnter"in heyətində uğurlu mövsüm keçirən Asif Məmmədov komandada qalacaq. Qarşıdakı mövsümə də "bankirlər"in heyətində başlayacaq yarımmüdafiəçi qarşıdakı günlərdə komanda ilə yeni müqavilə imzalayacaq. "İnter"lə hələ altı aylıq müqaviləsi olan Məmmədov müqaviləsini bir il də artırmaq haqda düşünür. Bu barədə futbolçu özü Agli-goylu.ucoz.net-ə məlumat verib. "İnter" özü də ölkənin digər iddialı klublarından təklif alan yarımmüdafiəçisini buraxmaq niyyətində deyil.
Mənbə:sportal.az
|