"Elə oyun başlayan kimi üstünlüyü ələ aldıq və ardıcıl olaraq rəqib qapısı önündə təhülkəli vəziyyətlər yaratmağa başladıq. Bunun danəticəsi olaraq ilk 10 dəqiqəq başa çatan kimi hesabı açdıq".
Bu sözəri "İnter"in yarımmüdafiəçisi Asif Məmmədoiv deyib.
Yarımmüdafiəçmi qeydə alınan hesabın özləri üçün də gözlənilməz olduğunu bildirib: "Yaxşı hazırlaşmışdıq və qələbə üçün oynayacaqdıq. Amma düzünü desəm, bu hesabla qələbə qazanacağımızı gözləmirdim. "Narva Trans"ın oyunlarına baxmışdıq. 5:0 yox, 2:0, 3:0 qalib gələcəyimizi düşünürdüm".
26 yaşlı futbolçu rəqib haqda isə bunları söyləyib: "Rəqibimiz super olmasa da, zəif də deyildi. Sadəcə biz həmin oyunda güclü oynadıq və hər şey alındı".
Məmmədov qol vuracağını gözləyirmiş: "Oyun başlayandan qol vurmaq üçün bir neçə şansım oldu. Amma yalnız ikinci hissədə istəyimə çatdım. Adamiya ötürmə verdi, mən də topu qapımın yanından tora göndərdim. Qol vuracağımı da gözləyirdim".
Asif cütün taleyini 80 faiz həll etdiklərini bildirib: "Cütün taleyini 80 faiz həll etmişik. Ancaq Bakıdada qələbəyə oynayacağıq. Azarkeşlərimizi sevindirmək istəyirik".
Mənbə: Sportal.az
|