"İnter” klubu gənc futbolçusu Asif Məmmədovu geri qaytarır. Bu haqdakomandanın prezidenti Georgi Nikolov məlumat verib. O bildirib ki, 24 yaşlı hücumçunun dönüşü ilə bağlı "Xəzər Lənkəran” rəhbərliyi ilə danışıqları nəzərdə tutulub.
2008-10-cu illərdə "İnter”də oynayan, əvvəl çempionatımızın gümüş, sonra qızıl medalını qazanan Asif ötən yay "Xəzər Lənkəran”a keçməyi üstün tutdu. Ancaq orada əsas heyətə düşə bilməyən Məmmədov qış fasiləsində transferə çıxarıldı.
Nikolov deyib ki, baş məşqçi Kaxaber Sxadadzenin hələ "Standard”da rəhbərliyi altında oynadığı tanıdığı Asifi yenidən sərəncamında görmək istəyir: "Məmmədovu qaytarmaq istəyirik. "Xəzər Lənkəran” onun xidmətində maraqlı deyil. Biz də Asifin keçidi ilə danışıqları müsbət yekunlaşdırmaq fikrindəyik. O, 99 faiz bizdə olacaq. Bizə yerli futbolçu lazımdır”.
"İnter” "Birlik kuboku”nu qazanandan sonra Türkiyənin Antalya şəhərində 2-ci hazırlıq mərhələsinə yollandı. Nikolov düşərgələrində Cənubi Amerikadan futbolçuların olduğunu desə də, onların baxışdan keçdiklərini, hələ heç kimi transfer etmədiklərini sözlərinə əlavə etdi.
mənbə apasport.az
|