"Neftçi”ni səfərdə məğlub etməyi bacaran "İnter” ardıcıl ikinci qələbəsini qazanıb. "Xəzər Lənkəran”ı doğma divarlar arasında məğlub edən "bankirlər” bu dəfə sonuncu çempiona qalib gəlməyi bacarıb. Oyunadn sonra Premyerliqa.az-a açıqlama verən "İnter”in üzvü Asif Məmmədov belə deyib: "Bilirdik ki, çempiona qarşı oynayırıq. Oyunun belə çətin keçəcəyini gözləyirdik. "Xəzər Lənkəran” üzərində qələbədən sonra bu oyuna da ciddi köklənmişdik. "Neftçi” ilə oyuna 3 xal ardınca gəlmişdik, nəticədə əldə etdik. Qol çox yaxşı alındı. Deyə bilərəm ki, 3 xalı gözəl qolla qazandı. Komanda yoldaşım Baçana Sxadadzeni təbrik edirəm”.
|