Keçən mövsüm Qazaxıstanın "Atırau”komandasında köməkçi məşqçi işləyən Elxan Abdullayev iddialı açıqlamaları ilə gündəmi zəbt etmişdi.Ramiz Məmmədov ilə birlikdə rəhbərlik etdikləri komandanın Avroliqaya vəsiqə qazanmasını minimum vəzifə olduğunu deyən Elxan Abdullayev çempionluqdan dəm vurub hər müsahibəsində "İnter”in baş məşqçisi Kaxaber Sxadadzeyə söz atırdı.Vaxt ötdü,zaman keçdi və Elxan bəyin Qazaxıstan fəaliyyəti fiaskoya uğradı.”Atırau” komandası Qazaxıstan çempionatında 12 pilləyə yuvarlanandan sonra azəri məşqçilər klub rəhbərliyi tərəfindən istefaya göndərildilər.Bir müddət işsiz qalan Elxan Abdullayev Azərbaycan idman mətbuatına verdiyi müsahibələrində Karlos Alberto Torres,Valentin Xodukin,Berti Foqst kimi məşqçilər ilə çalışdığı ilə fəxr edir və bir neçə əcnəbi dilin bildiyini deyirdi.Bundan əlavə açıqlamalarında Elxan bəy vaxtilə incik düşdüyü "İnter”in baş məşqçisi Kaxaber Sxadadzeyə atmacalar atıb "bankirlər”in zəiflədiyini və belə heyətlə ilk altılığa düşə bilməyəcəyini vurğulayırdı. Amma bu dəfə də zaman hər şeyi öz yerinə qoydu.”Azal”ın Avroliqada uğursuz çıxışından sonra istefa verən Nazim Süleymanovun yerinə Elxan Abdullayev gətirilir.Yay transver pəncərəsində heyətini gücləndirən "təyyarəçilər”Elxan Abdullayevin istəyi ilə Argentina,Moldova və Pribaltika dövlətlərindən olan oyunçuları komandaya transver edirlər.Çempionatın başlanmasına saylı günlər qalmış Elxan bəy müsahibəsində yüksək yerlər uğrunda vuruşacaqlarını bəyan etmişdi.Çempionata pis başlamayan "Azal” ilk turlarda yaxşı oyun sayəsində xallar qazanmağa nail oldu.Amma 4-cü turdan bu günə qədər 3 xala həsrət qalan Elxan Abdullayevin drujınası birinci dövrənin son turunda çempionatın debütantı "Sumqayıt Şəhər” komandasına da məğlub oldu.Maraqlı olanı odur ki,Nazim Süleymanov keçən mövsüm həmən "Azal”la çempionatı dördüncü pillədə başa vurmuşdu. İndi isə keçim sözümün mənasına.Hər imkan düşdükcə "İnter” komandasının qarasına danışan Elxan Abdullayev imkan düşdükcə Kaxaber Sxadadze haqqında xoşagəlməz ifadələr işlədib gürcü çalışdırıcının məşqçilik qabiliyyətinə şübhə etdiyini deyirdi.Elxan bəy ataların bir yaxşı misalı var: "Kiminin əvvəli kiminin axırı” və yaxud "Arxı hoppanmamış hop demə”.Bu günki gündə kimin daha bacarıqlı,istedadlı və savadlı məşqçi olduğu üzə çıxır.Kaxaber Sxadadzenin rəhbərlik etdiyi "İnter”çempionatın birinci dövrəsindən sonra turnir cədvəlinin 3-cü,amma Sizin rəhbərliyiniz altında olan "Azal” turnir cədvəlinin zirzəmisində 11-ci yerdə qərarlaşıb.Bu göstərici kimin necə məşqçi olduğunu isbatlayır və sizin vaxtilə səhv olduğunuzu üzə çıxarır.Əlinizin altında olan materialı düzgün istiqamətləndirə bilməməyiniz göz qabağındadır.Mətbuat konfransında komandanızın oyunundan utandığınızı deyirsiniz.Amma bunun əvəzinə vaxtikən işlədiyiniz klubun qarasına danışdığınız və həmkarınız haqqında işlətdiyiniz ifadələrə görə utanmaq lazımdır.
Sonda onu deyə bilərəm ki,Elxan bəy baş məşqçi işi sizlik deyil.Siz Karlos Alberto Torres,Valentin Xodukin və Berti Foqst kimi məşqçilərin yanında köməkçi kimi çalışıb bununla fəxr etsəniz daha məqsədə uyğun olar. Elçin Həsənov İnterfan.az
|