Главная » 2010 » Dekabr » 21 » Rövşən Əmiraslanov "Bakı"dan həm güclü, həm də daha şanslı idik"
12:12 Rövşən Əmiraslanov "Bakı"dan həm güclü, həm də daha şanslı idik" |
"Çox maraqlı oyun keçdi. Hər iki komandaya xal lazım idi, xüsusən də bizim üçün 3 xal vacib idi. Çünki biz bu oyunu uduzsaydıq, "altılığ"a düşmək şansımız çox azalacaqdı. Şükürlər olsun ki, qələbə əzmi ilə meydana çıxdıq və üç xalı qazandıq".Açıqlamasında "İnter"in futbolçusu Rövşən Əmiraslanov deyib. Futbolçu "İnter"in bu oyunda "Bakı"dan güclü olduğunu bildirib: "Oyun baxımlı keçdi. Hər iki komandanın qələbə qazanmaq şansları var idi. Fikrimcə, biz bu matçda "Bakı"dan həm güclü, həm də daha şanslı idik. Hesab oyuna görə oldu". Rövşən hakimlərdən narazı qalmayıb: "Hakimlə bağlı elə ciddi problem olmadı. Bundan öncəki oyunlarda hakimlər bizi bir az sıxırdılar. Bu oyunda düzgünlük oldu. "Bakı"nın penalti tələb etdiyi epizodda qayda pozuntusu yox idi. Belə epizodda penalti qərarı düzgün olmaz. Hakim də doğru qərar qəbul etdi".
mənbə fanat.az
|
Категория: Unibank Premyer Liqa |
Просмотров: 444 |
Добавил: ramazanli
| Рейтинг: 0.0/0 |
|