İnterin müdafiyyəçisi Arif Daşdəmirov dünən keçirilən NBC Bank Azərbaycan Kubokunun final oyununda oyun sonrası penalti zərbələrində dəqiq olmadığına görə çox məyyus olub.
Arif Daşdəmirov "Heç bir söz demək istəmirəm. Penaltini qola çevirə bilmədiyim üçün çox üzgünəm. Gərək belə olmayaydı.Bizim üçün bu sezon çox pis keçdi indi gərək gələn sezonu düşünək”.
Xatırladaq ki dünən final oyununda penalti zərbələrində Xəzər İnteri 4:2 məğlub etdi.İnterdən Arif Daşdəmirov və Bronislav Çervenka dəqiq olmadılar.
|