"Теrek" klubunun yarımmüdafiəçisi Aleksandr Pavlenko bizimlə
söhbətdə "İnter"lə keçirilən oyun və komandamız haqqında öz fikirlərini
bölüşdü:
-Mən elə başa düşdüm ki, birinci hissədə sizin komandanızın
heyətində əsas futbolçular oynadı ,fasilədəsə onların yerinə yeni
futbolçular və yaxın ehtiyat üzvləri meydana daxil oldular. Bunu oyunun
gedişindən də başa düşmək olar. Birinci hissədə bərabər səviyyəli oyun
getdi, lakin "İnter" yaradılan qol fürsətindən yararlana bildi, biz isə
yox. Amma ikinci hissədə biz təşəbbüsü əla aldıq. Demək istərdim ki,
oyunun yoldaşlıq statusu daşımasına baxmayaraq, biz qələbə qazanmaq
istəyirdik.
Etiraf edim ki, Azərbaycan
Çempionatını izləmirəm, lakin bununla belə, əminliklə söyləyə bilərəm
ki, "İnter" ölkənizin ən güclü klublarından biridir. Görünür ki, "İnter"
çox təcrübəli komandadır. Mənim fikrimcə, sizin komandanız növbəti
mövsümdə ötən mövsümə baxanda daha yaxşı çıxış edəcək və fürsətdən
istifadə edib "İnter"ə gələcəkdə uğurlar arzulayıram.
Əlavə
etmək istərdim ki, mən Moskvanın "Spartak" klubunda birgə çıxış etdiyim
Valeri Abramidze və Georgi Lomayanı görməyə çox şad oldum. Onlar mənə
Azərbaycan futbolu barədə məlumat veriblər.
|