"İnter”in yarımmüdafiəçisi Aleksandr Çertoqanov müsahibəsində Premyer Liqanın 2010/11 mövsümünün yekunlarından danışıb, eləcə də Azərbaycan kubokunun finalındakı şanslarını dəyərləndirib.
- Kubokun finalına hansı hisslərlə hazırlaşırsız?
- Bu mövsüm biz çox oyun keçirmişik. Öncə Çempionlar Liqasının oyunları oldu. Ardından da çempionatın, Birlik kubokunun və Azərbaycan kubokunun.
- Yəni siz yorulmusuz?
- Azərbaycan kubokunun finalı bəsimizdi.
- Demək olar ki, "İnter” "Qarabağ”ın AZAL üzərində qələbəsinə ümid bəsləyirdi?
- Əgər hər şey öz əlimizdədirsə, niyə ki? Əlbəttə, Avropa Liqasına vəsiqəni çempionatdan təmin etsəydik, daha yaxşı olardı. Amma kubokun finalında da belə imkanımız olacaq. "Xəzər Lənkəran”a qalib gəlsək, həm kuboku qazanarıq, həm də avrokuboklara vəsiqə.
- "Bakı” ilə oyunda Kaxaber Sxadadze bir dəfə də olsun, sizə öz narazılığını bildirmədi...
- Oyun vaxtı hər şeyə ola bilər. Hər halda artıq hamımızda yorğunluq var və baş məşqçi də bunu başa düşür.
- Amma həm də elə görünürdü ki, "İnter” sanki gücünə qənaət edir...
- Belə istidə qaçmaq çox çətindi. Həm də bizi qarşıda "Xəzər Lənkəran”la daha vacib oyun gözləyirdi. Buna görə də çempionatın son oyununda risk etmək istəmirdik.
- Mövsümün sonunda sizin "İnter”lə müqavilənizin müddəti başa çatır. Planlarınız?
- Hələlik necə olacağını bilmirəm və bu barədə düşünməmişəm də. Mövsüm başa çatsın, baxarıq. İndi hər şeydən çox istirahət etmək istəyirəm. Baxaq, görək necə alınacaq?
|