"Qəbələ" ilə oyun prinspial keçəcək. Rəqibimiz çox yaxşı komandadır və əla hücumçulara malikdirlər. Xüsusilə də, "Qəbələ"nin hücumda kollektiv oyun nümayiş etdirməsi mənim xoşuma gəlir". Agli-goylu.ucoz.net məlumatına görə, bu sözləri "İnter"in müdafiəçisi Valeri Abramidze klubun rəsmi saytına açıqlamasında deyib. Gürcüstanlı futbolçu "Qəbələ" ilə görüşdə sonadək döyüşəcəklərini bildirib: "Bu matç "Qəbələ" üçün də xüsusi əhəmiyyət daşıyır. "Xəzər Lənkəran" klubunun hesabından 6 xalın silinməsi onların da Avrokuboklara qatılmaq şanslarını artırıb. Ona görə də, bizi gərgin oyun gözləyir. Meydanda sonadək mübarizə aparacağıq".
|